Bərdədə "Nüşabə qalası" kimi tanınan Bərdə türbəsində təmir işləri davam edir. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev bildirib ki, memarlıq nümunəsinin əzəli görünüşünü və üslubunu özünə qaytarmaq üçün qonşu respublikalardan mütəxəssislər cəlb olunublar. Bərpa işlərində istifadə olunan tikinti materialları da müsəlman ölkələrindən alınıb. 1322-ci ildə inşa olunan abidə Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olub və içərisi ornamentlərlə bəzədilib.
Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin sintezindən yaranan kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq Allah sözünü naxış şəklində təkrarlayır.
.jpg)
.jpg)
.jpg)
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB