Laçının icra başçısı məcburi köçkünlərlə görüşdü

Laçının icra başçısı məcburi köçkünlərlə görüşdü

Laçın rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında təşkil olunmuş qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər. Qəbul zamanı rayon icra hakimiyyəti başçısı Akif Səlimov qəbula gəlmiş 24 nəfər məcburi köçkünün müraciətlərini ətraflı dinləyib. Qəbulda müraciət etmiş vətəndaşlardan 4-nün müraciəti gün ərzində müsbət həll edilib, 20 müraciətə baxılması üçün aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb. Məcburi köçkünlərin əsas müraciəti evlə bağlı olub. Köçkünlər bildirib ki, uzun illərdi ki çətin şəraitdə yaşayırlar. İcra başçısı məcburi köçkünlərə bildirib ki, dövlət proqramı çərçivəsində Ağcabədi rayon Taxta körpü adlanan ərazisində bütün köçkünlərə ev tikiləcək. Qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə rayon icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə