Ağcabədi rayonunda "Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə yerli icra hakimiyyəti və eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri" mövzusunda müşavirə keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Ağcabədi rayon icra hakimiyyəti başçısı Şahin Məmmədov Bakı 2015 Birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışıb.
Tədbir məşəl yürüşünün hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yürüşün baş tutacağı marşrut boyu ərazilərdə, kütləvi istirahət yerlərində ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, əhaliyə və qonaqlara tibbi xidmətin göstərilməsi ilə bağlı müzakirələr əsasında davam etdirilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB