"Qayğı"keş FOTOLAR

Bu gündən etibarən "Qayğı"keş layihəsinə start verilir. Bu layihəyə əsasən müntəzəm olaraq bir sıra ictimai xadimlər, tanınmış simalar "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin qonağı olacaqlar.

"Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva layihə barəsində danışıb: "Mərkəzimizdəki Daun sindromlu şəxslər müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Onların sosial qabiliyyətlərinin inkişafına çalışırıq. Bu mənada ünsiyyətin, yeni tanışlıqlar qurmağın rolu olduqca böyükdür. Ona görə də mərkəzimizə müntəzəm olaraq tanınmış qonaqlar gələrək uşaqlarla vaxt keçirəcəklər".

S.Abdullayeva qeyd edib ki, ilk "Qayğı"keşimiz YAP Nizami Rayon Təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevadır: "Layihəmizin ilk qonağı kimi Sədaqət xanımı dəvət etməyimiz heç də təsadüfi deyil. O, birliyimizin tədbirlərində hər zaman iştirak edərək müsbət aurası ilə uşaqları sevindirir. Qonağımız mərkəzə gələrək uşaqlarla görüşdü, onlarla xoş vaxt keçirdi. Daha sonra Daun sindromlu şəxslərin mahnılarına, rəqslərinə tamaşa etdi və özü də onları tək qoymadı. Sonda mərkəzin adından qonağa hədiyyələr təqdim olundu".

Qeyd edək ki, Sədaqət Vəliyeva 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı Milli Məclisin deputatı seçilmişdir.

Fotolar Aytən İmanovanındır

Mən baharın qızıyam, köynəyi qırmızıyam…

Duyğularım sərvətimdir, yorulmaraq xoşbəxtlikdən.

Məni sevməmək olarmı? Mən ki Günəşin özüyəm!

Sədaqət Vəliyeva: "Uşaqlar, sizcə müəllimləriniz sizdən nələr gözləyir, nə istəyirlər?"

Uşaqlar: "Onlar bizi çoox istəyirlər…"

Ay ana, böyüyəndə GÜNƏŞ olaram mən də...

"Musiqinin səsini eşidə bilməyənlər rəqs edənləri başa düşməzlər", Fridrix Nitşe

İsti bir qucaqlaşma ürəkdən deyilən min sözə bərabərdir...

Kiçik bir təbəssüm istənilən zülməti işıqlandırar...

Sevgi öyrənilə bilməz. Yalnız hiss edilə bilər...

Millət vəkili Sədaqət Vəliyeva "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi tərəfindən "Qayğıkeş" titulu ilə təltif edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə