"Cümə məscidi"ndə "Mövlud” mərasimi keçiriləcək FOTOLAR

"Cümə məscidi"ndə "Mövlud” mərasimi keçiriləcək FOTOLAR

May ayının 2-də İçəri şəhərdəki "Cümə məscidi"ndə Həzrət Əli (ə)-in mövludu münasibəti ilə "Mövlud" mərasimi keçiriləcək. Bu barədə SİA-ya İçəri şəhər "Cümə məscidi" dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli məlumat verib.

O bildirib ki, artıq ənənə halına çevrilmiş bu mövlud tarixinin qeyd olunması ilə bağlı məsciddə müvafiq hazırlıq işləri görülüb: "Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, bir sıra səfirliklərin, dini icmaların, ictimaiyyətin nümayəndələrinin və qonaqların iştirakı nəzərdə tutulub. Tədbirdə Hz. Əli (ə)-yə həsr olunmuş film göstəriləcək, onun həyatından danışılacaq, "Əhli Beyt" və s. qruplar, tanınmış din xadimləri, alimlər çıxış edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə