Azərbaycan Dillər Universitetində (ADU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən "Xalq üçün yaşanan ömür əbədidir" mövzusunda tədbir keçirilib. ADU-dan bildiriblər ki, əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx göstərilib.
Tələbələr akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələrdən, görkəmli alimin elmi fəaliyyətindən və bu sahədə qazandığı böyük uğurlarından söz açıblar. Zərifə xanımın istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilən çoxprofilli tədqiqatlar apardığıı qeyd edilib, akademikin müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olduğu bildirilib.
Tədbirdə tələbələrin iştirakı ilə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən "Əsl sevgi əbədidir" və "Xalq üçün yaşanan ömür əbədidir" adlı səhnəciklər göstərilib, mahnı və şeirlər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB