“Azərbaycan təkcə neft və qaz ölkəsi deyil”

“Azərbaycan təkcə neft və qaz ölkəsi deyil”

Almaniyanın "VDİ Nachrichten" qəzetində "Azərbaycan təkcə neft və qaz ölkəsi deyil" adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahədə Avropa İttifaqı və qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində əldə olunan uğurlar haqqında məlumat verilir.

Yazıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun neft və qaz ölkəsi olan Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundakı innovasiyaların zəruriliyinin vacib olması barədə fikirləri də yer alıb. Həmçinin agentliyin sədr müavini Cəmil Malikovun əcnəbi mütəxəssislərlə birgə görülən işlər barədə məlumatlarına yer verilib. O deyib: "Biz əqli nəzarət şəbəkəsi vasitəsilə bərpa olunan enerjidən daha böyük həcmdə istifadə etmək üçün təcrübə toplamaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə