Sürücülərin nəzərinə! hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə! hərəkət məhdudlaşdırılacaq

Sabah Heydər Əliyev prospektinin "Hava limanı" yol qovşağından "Sabunçu" yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə