Ağcabədi şəhərində yerləşən Heydər Əliyev Mərkəzində yeni ailə quran cütlüyün nikah mərasimi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yeni ailə quran gənclər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüblər, xatirəsini ehtiramla yad edib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin - Laçın rayonunun Qarakeçdi kənd sakinləri Əhmədov Zahir Əbdül oğlunun və Həsənli Şəmsiyyə İnqilab qızının nikah aktlarının imzalanması mərasimi olub. Gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi daim xatırlayacaqlarını bildiriblər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB