Azərbaycan Dillər Universitetində (ADU) "Zərərli vərdişlərin profilaktikası" mövzusunda tədbir keçirilib. ADU-nun Mülki müdafiə, tibb bililklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, həmin kafedranın müdiri, dosent Sevda Zamanova, Respublika Narkoloji Mərkəzinin narkoloqu Asif Kəngərli, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları, universitetin Pedaqoji (ingilis dili– alman dili) və Pedaqoji (ingilis dili– fransız dili) fakültələrinin I və III kurs tələbələr iştirak edirdilər.
Sağlamlığın insan həyatında vacib olduğunu deyən prorektor, professor Ələddin Əliyev gənclərə sağlam həyat tərzini seçmələri, zərərli vərdişlərdən uzaq durmaları və sağlamlıqlarına diqqət etmələri ilə bağlı tövsiyyələrini verdi. O, kafedranın hər zaman bu cür silsilə tədbirlər təşkil edərək gənclərin maarifləndirilməsində əhəmiyyətli işlər gördüyünü vurğuladı.
Respublika Narkoloji Mərkəzinin narkoloqu Asif Kəngərli tütünün zərərləri haqqında elmi və tibbi təhlillərini söylədi. Pis vərdişlərə aludə olmaqla gələcək sağlamlığımızı risk altında qoyduğumuzu söyləyən A. Kəngərli siqaret çəkmək, narkotik maddələrdən istifadə etməyin insan orqanizmdə asılılıq yaradaraq müxtəlif ölümcü xəstəliklərə yol açdığını qeyd etdi.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları tütün və nikotinin zərərləri, profilaktik tədbirlər, qəlyanlardan istifadə haqqında ətraflı məlumat verdilər.
Tədbirdə siqaret çəkməyin zərərli cəhətləri haqqında videoçarx nümayiş olundu.
Mülki müdafiə, tibb bililklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdi, maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq tələbələrə sağlam həyat arzuladı.
Tədbir müzakirələrlə yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB