Con Kerrinin planları ilə bağlı sənədlər yayımlanıb FOTOLAR

Con Kerrinin planları ilə bağlı sənədlər yayımlanıb FOTOLAR

Bir neçə gün öncə APA İnformasiya Agentliyində yayımlanmış "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədlər nümayiş etdirilib. SİA-nın məlumatına, "APA Holding"-in rəhbəri Vüsalə Mahirqızı "Bakı 2015 I Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası" "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda bu gün keçirilən dəyirmi Masada bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb.

O bildirib ki, təəssüf ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar:

"Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir".

Bütün xəbərlər Facebook səhifəmizdə