Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi Ağcabədi rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, Laçın rayon əhalisinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanı müvəffəqiyyətlə yerinə yetirmək üçün rayon İcra hakimiyyəti başçısı yanında Şuranın qərarına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Qrafik tərtib olunaraq işi təşkili məqsədilə aidiyyəti rayon təşkilatlarına lazımi tapşırıqlar verilib.
Respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlərin tibbi müayinəsi onların yaşadıqları ərazidəki tibb müəssisələri tərəfindən aparılıb. Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində aparılan tibbi müayinənin isə bir qəsəbəni və səksən dörd obanı əhatə edib. Poliklinikada Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulub. Bu günədək həmin ərazidə 41 idarə, müəssisə kollektivi də daxil olmaqla 3475 nəfər sakin müayinə edilib. Bundan başqa iki həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilib. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunubar. Rayon sakinləri həkim heyətindən, yaradılan şəraitdən razılıq edərək bu aksiyanın əhalinin sağlamlığına göstərilən qayğı kimi yüksək qiymətləndiriliblər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB