“Yeni Mənzillər və Qayıdış Ümidləri” adlı hesabatın müzakirəsi olub

“Yeni Mənzillər və Qayıdış Ümidləri” adlı hesabatın müzakirəsi olub

Humanitar Tədqiqatlar Cəmiyyəti Avropa İttifaqının maliyyə və Barışıq Resursları təşkilatının dəstəyi ilə reallaşdırılan "Dağlıq Qarabağ münaqişəsinin sülhyolu ilə həll olunması yolunda Avropa Tərəfdaşlığı (EPNK)" layihəsi çərçivəsində reallaşdırdığı məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi proseslərini əhatə edən "Yeni Mənzillər və Qayıdış Ümidləri" adlı hesabatının müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi, QHT təmsilçiləri, jurnalistlər və məcburi köçkün icmalarının nümayəndələri iştirak edib.

Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Ə. Həsənov bildirib ki, hesabat cəmiyyətin 2012-2014-cü illərdə icra etdiyi layihə əsasında hazırlanıb: "Hesabat Humanitar Tədqiqatlar Cəmiyyətinin koordinator olduğu "Birləşmiş imkanlar" Məcburi Köçkünlər Şəbəkəsi üzvlərinin potensialı və işlədikləri rayonlarda yerləşən məcburi köçkün icmaları arasında keçirilən müzakirələr əsasında tərtib olunub. Hesabat əsasən Ağdam, Bərdə, Füzuli, İmişli, Qazax rayonlarında, Bakı və Mingəçevir şəhərlərində məskunlaşan məcburi köçkün icmaları və yeni qəsəbələrə köçürülmüş şəxslərin fikirlərini əks etdirir. Hesabatın hazırlanması üçün nəzərdə tutulan müddətdə 14 fokus qrup keçirilib, hər bir fokus qrupa 8-15 nəfər olmaqla, cəmi 165 nəfər dəvət olunub. Fokus qruplara verilən sualların məqsədi əsasən məcburi köçkünlərin əvvəl yaşadıqları qəsəbə və məzillərdəki ümumi vəziyyət, yeni qəsəbələrin vəziyyəti və insanların orada mövcud olan həyat şəraiti, yeni qəsəbələrə köçürülmə prosesi və bununla bağlı məlumatlandırma kampaniyası, yeni qəsəbələrə köçürülmənin insanların inteqrasiyasına təsir etdiyini müəyyən etməkdən ibarət olub.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi deyib ki, məcburi köçkünlərin məskunlaşdıqları tələbə yataqxanasında onların yaşayış şəraiti ilə tanış olub.

H. Salberi vurğulayıb ki, qaçqınlar və məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə hər cür şərait yaradılıb.

O, Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra tədbir iştirakçılar hesabatla bağlı fikilrəini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə