Beyləqan rayon Mərkəzi Stadionunda respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert təşkil olunub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, konsertdə Beyləqan rayonu İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ərazisində yerləşən hərbi kontingent, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. "Bura Beyləqandır" adlı konsert proqramında çıxış edənlər vurğulayıblar ki, möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizin hər guşəsində Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Bayram konsertində respublikamızın tanınmış incəsənət ustalarından xalq artistləri İlhamə Quliyeva, Gülyaz Məmmədova, Faiq Ağayev, tanınmış müğənnilərdən Elariz Məmmədov, Sevil, Sevinc bacıları və başqalarının ifaları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıblar. Konsert atəşfəşanlıqla başa çatıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB