Ağcabədi rayon Gənclər və İdman İdarəsinin tərtib etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tədbirlər Planına əsasən 28 Aprel 2015-ci il tarixdə Camal İbrahimov adına şəhər 8 saylı tam orta məktəbində Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tədbirdə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun idarə heyətinin üzvü, rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun idarə heyətinin üzvü, YAP qadınlar şurasının sədr müavini Radə Qafarova, şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov çıxış edərək XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu öndər Heydər Əliyevin siyasi obrazının xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsindən, Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan ətraflı söz açıblar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB