Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunmuşdur ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcəkdir.
Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Görüşdə YAP İcra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli iştirak ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB