"Biz gənc beynəlmiləlçilərik" FOTOLAR

"Biz gənc beynəlmiləlçilərik" FOTOLAR

Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin fransız dili ixtisasının tələbələri Gəncə Dövlət Dram Teatrında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Fransanın Frankofoniya bayramına həsr olunan "Biz gənc beynəlmiləlçilərik" adlı tədbir keçiriblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin, Fransa səfirliyinin Mədəniyyət işçilərinin, şəhər ictimaiyyəti və Gəncə Dövlət Universitetinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər 2 ölkənin Dövlət himni səsləndirilib. Beynəlxalq Frankofoniya bayramına həsr olunan tədbirin bədii hissəsində Universitetin Xarici Dillər fakültəsinin fransız dili ixtisasının tələbələrinin və 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında mahnı və rəqslər nümayiş etdirilib. Tələbələr fransızca "Qaynana", "Boyunbağı" və digər tamaşaları canlandırıblar.

Qeyd edək ki, Frankofoniya - yəni, fransız dili günləri kimi qeyd olunan bayram 1970-ci ildən fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatı tərəfindən təsis olunub, fransız dilini sevdirməyə və təbliğ etməyə xidmət edir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə