"Vətəndaşların qəbula yazılmaqla bağlı prosedurları müəyyən edilib. Vətəndaşlar müxtəlif formada nazirliyin məsul işçilərinin qəbuluna yazıla bilərlər". SİA-nın məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu gün nazirliyin inzibati binasında müasir iş üsulları əsasında qurulmuş qəbul otağının açılışı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq vətəndaşlar həm çağrı mərkəzinə müraciət etməklə, həm də iş otaqlarına müraciət etməklə nazirliyin məsul şəxslərinin qəbuluna yazıla bilərlər: "Bunu elektron formada, 142 – "çağrı mərkəzi"nə müraciət etməklə, yazılı məktub göndərərək, qəbul otağına şəxsi olaraq gəlməklə də edə bilərlər. Vətəndaşların qəbulu prinsipi növbətilik prinsiplərinə əsaslanıb".
Nazir müavini onu da qeyd etdi ki, vətəndaşların müraciətləri qeydə alınacaq. Qəbulla bağlı məlumatlar onların e-maillərinə və ya mobil telefonlarına sms vasitəsilə göndəriləcək: "Bütün hallarda vətəndaşların qəbulu ilə bağlı müraciətlər qeydə alınır, təstiq olunur, qoyduqları e-mail ünvanlarına və mobil telefonlarına sms vasitəsilə məlumat verilir. Qəbul günləri ilə əlaqədar olaraq onlara əvvəlcədən xəbər verilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB