Sabah yağış yağacaq şimşək çaxacaq

Sabah yağış yağacaq şimşək çaxacaq

Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxaçaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, gündüz hava əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gğözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Hava Gündüz əksər rayonlarda əsasən yağmrsuz olacaq. Qərb küləyi əsəcək, arabuir güclənəcək .

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə