Bu gün saat 23:00-dan etibarən Heydər Əliyev prospekti, Hidrometereoloji Proqnozlar bürosunun yerləşdiyi binanın qarşısından "Koroğlu" metrostansiyasına qədər olan yan yol aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat katibaliyindən məlumat verilib.
Məlumata görə, sürücülərdən xahiş olunur aparılan təmir işlərinə anlayışlı yanaşsınlar və burda işlər başa çatanadək Heydər Əliyev prospekti əsas yoldan istifadə etsinlər.
Təmir-tikinti işləri Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək. İşlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Sözügedən ərazidə "Azəryolservis" tərəfindən kompleks tədbirlər həyata keçiriləcək. Belə ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənəcək, səki daşları dəyişdiriləcək, səkilərə tamet daşları döşənəcək, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulacaq, yeni yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdiriləcək, yolun kənarında yaşıllıq zonası salınacaq. Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB