900 qutu siqaret müsadirə edildi

900 qutu siqaret müsadirə edildi

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları 900 qutu aksiz markasız siqaret müsadirə edib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İntiqam Meydarov saxlanılaraq onun əlindəki iki ədəd sellofan torbadan Azərbaycanın aksiz markası ilə markalanmamış cəmi 900 qutu müxtəlif adlı xarici siqaretlər götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə