Bu yolda sıxlıq yaranıb

Ziya Bünyadov prospekti Əsas yol Koroğlu metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bu barədə SİA-ya Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, bu gün ərzində Ziya Bünyadov prospektində qeydə alınan üçüncü yol-nəqliyyat hadisəsidir.

Sürücülərə nəqliyyat vasitələrini daha ehtiyatla idarə etmələri, sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə