Proqnoza 112 faiz əməl edilib

2015-ci ilin ilk rübündə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində istehsal olunan məmulatların 78 faizini müdafiə və xüsusi təyinatlı, 22 faizini isə mülki təyinatlı məmulatlar təşkil edib. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 2015-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya iclasında məlumat verilib.

Bu ilin ilk rübü ərzində mülki məhsulların istehsalı üzrə proqnoza 112 faiz əməl edilib.

2015-ci ilin istehsal proqramına uyğun olaraq birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə