Beynəlxalq Rəqs Gününə maraqlı video hazırlanıb

Beynəlxalq Rəqs Gününə maraqlı video hazırlanıb

29 Aprel Beynəlxalq Rəqs Günüdür. SİA-nın məlumatına görə, peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildən bəri "UNESKO"nun qərarı ilə qeyd olunmağa başlayıb. Bu tarix hər il Fransız baletmeysteri Jan Jorj Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab olunur.

Azərbaycanda da bir qrup gənclər olduqca maraqlı video rolik hazırlayıblar. Video rolikdə Azerbaycanda olan dünya rəqsləri yer alıb.

Qeyd edək ki, dünya rəqsləri ilə yanaşı videoda milli rəqsdə yer alıb .

Layihənin rəhbəri Elvin Səhətbəylidir. Rejissoru Teymur Baxışov, Operator və texniki dəstək Cavanşir Eladisoy, İsmayılov Orxan, Taleh Valehdir. Elvin Səhətbəyli bildirib ki, bu videonun davamı da olacaq. Hər həftə Azərbaycanda olan dünya rəqsləri ictimaiətə çatdırılacaq.

Videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=CMfbhuuql4M

Bütün xəbərlər Facebook səhifəmizdə