Ağcabədidə yaşayış evinin sakinləri zəhərli ilanların hücumuna məruz qalıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacılar kəndindəki evlərdən birində baş verib. Tikili uzun illər öncə çiy kərpicdən tikildiyi üçün ilanlar asanlıqla evə daxil ola bilir. Sürünənlər daha çox evin tavan hissəsində və ya döşəmənin kənarlarında hərəkət edir. İlanlardan bir neçəsini öldürməyə müyəssər olan ev sahibi artıq çıxılmaz vəziyyətdə qalıb. Hüsüyevlər ailəsi evdə yaşamaqdan qorxaraq, həyətyanı sahədə sığınacaq quraraq orda gecələyirlər .
Qeyd edək ki, evdə ilan görəndən sonra Fizuli Hüsüyev rayon Baytarlıq İdarəsinə müraciət edib. Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən sözügedən hadisə ilə bağlı lazımi tədbirlərin görüldüyü və evin ətrafında dərmanlama işlərinin aparılacağı bildirilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB