Tovuzun Aşağı Quşçu kəndinin yolları acınacaqlı vəziyyətdədir. Kənd sakinləri yolların bu vəziyyətindən şikayətlənib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, sakinlər bildirib ki, dəfələrlə bu yollarda təmir bərpa işlərinin aparılmasına baxmayaraq, yollar yenidən acınacaqlı vəziyyətə düşür. Buna əsas səbəb isə yoldan keçən, keçmiş sovetlər dönəmindən çəkilmiş su xətləridir.
Aşağı Quşçu kənd bələdiyyəsinin sədri Tofiq Hüseyinov dəflərlə yolun təmir edildiyini və yerin altı ilə gedən içməli su xətindən suyun sızması nəticəsində yolların yenidən acınacaqlı və bərbad vəziyyətə düşdüyünü deyib.
Bələdiyyə sədrinin sözlərinə görə, sovetlər dönəmindən çəkilmiş köhnə borular vasitəsi ilə yer altı içməli su xətləri yeniləşməsə yolun düzəlməsi mümkün olmayacaq. Tovuz su-kanal idarəsinin rəisi Arif İsmayılov isə şifahi olaraq bildirib ki, yaxın iki ay müddətində Aşağı Quşçu kənd yolunun altından keçən su xətti dəyişilərək yenisi ilə əvəzlənəcək.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB