Almaniya səfiri: “Təcrübəni Azərbaycan üçün səfərbər etmək istəyirik” AÇIQLAMA

Almaniya səfiri: “Təcrübəni Azərbaycan üçün səfərbər etmək istəyirik” AÇIQLAMA

"Bu gün bizim layihə üçün uğurlu günlərdən biridir. Çünki Avropa İttifaqının "Twining" (sosial təminat sistemi) layihələri çərçivəsində Latviya və onun kiçik portnyoru olan Almaniya bu layihəni ərsəyə gətirməkdədirlər". SİA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericiliyin çərçivə planının müzakirəsinə dair konfrans zamanı Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Aydrun Tempel jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının təşkil etdiyi layihələrdə iştirak etməkdə həmişə maraqlı olub. Səfir layihənin icraçısı və tərəfdaşı haqqında da məlumat verib: "Biz çox şadıq ki, Avropa İttifaqı ilə "Twining" layihələrinin həyata keçirilməsi məsələsi gündəmə gətirildikdə Azərbaycan hər zaman öz müraciətlərini edir və bu təşəbbüsə qoşulur. "Twining" layihələrinin əsas üstünlükləri ondan ibarətdir ki, bu layihələrin icra edildiyi ölkənin ekspertləri ilə layihəni icra edən ölkənin ekspertləri bir araya gəlir və öz biliklərini ortaya qoya bilirlər. Əgər konkret layihədən söhbət gedirsə, bu layihədə aparıcı tərəf kimi Latviya iştirak edir və onun kiçik tərəfdaşı kimi Almaniya iştirak edir".

Aydrun Tempel sosial təminat sisteminin tarixi haqqında da məlumat verib. Qeyd edib ki, sistem dəyişib və bu gün əldə etdiyimiz təcrübəni Azərbaycan üçün tətbiq edəcəyik: "Bildiyiniz kimi sosial təminat sisteminin ("Twining") Almaniyada 100 ildən çox tarixi var. Biz bu sistemin 19-cu əsrin sonunda Baş Kanslerimiz Otto von Bismark tərəfindən təməli qoyulmuşdur. Zaman keçdikcə bu sistemdə müəyyən düzəlişlər edilmişdir və beləliklə sistemin özü müəyyən dəyişmələrə məruz qalmışdır. Hazırki layihəmizə gəldikdə əldə etdiyimiz təcrübəni Azərbaycan üçün səfərbər etmək istəyirik ki, ölkə xüsusiyyətlərinə və tələblərinə cavab verən bir sistemi ölkəyə həvalə edə bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə