ASAN xidmət mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların, habelə daşınmaz əmlakın təsvirinə dair dövlət reyestrindən arayışların verilməsi və əmək pensiyalarının təyin edilməsi daxildir. Aprelin 27 sindən fəaliyyətə başlayan Səyyar ASAN Xidmətdən Füzuli və ətraf 7 rayonun ümumi sayı 900 mindən çox olan sakini yararlana biləcək.
Qeyd edək ki, ilk dəfə olaraq Horadizdə olan ASAN xidmətin səyyar avtobusları mayın 8-dək vətəndaşlara xidmət edəcək .
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB