2 rayonda qaz olmayacaq

Qaradağ və Sabunçu rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, qaz kəməri üzərində diametri 159 mm-lik siyirtmənin quraşdırılması və qaz xətlərinin yerinin dəyişdirildiyi üçün həmin xətlərə birləşmə verilməsi ilə əlaqədar bu gün saat 1000-dan 1800-dək Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə, Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə