Didier Reinders Şəhidlər xiyabanını ziyarət etdi

Didier Reinders Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçikanın Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 28-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə