Səlim Müslümov: “Əməyin mühafizəsi üzrə kiçik bölmə xidmət göstərəcək” AÇIQLAMA
"Mövcud əmək məcəlləsinə görə, 50 nəfərdən yuxarı işçisi olan bütün işəgötürənlərdə əməyin mühafizəsi üzrə kiçik bölmə xidmət göstərməlidir". Bu sözləri jurnalistlərə verdiyi açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, məyin mühafizəsi ilə bağlı bölmə yaratmayan iş yerləri cərimələnəcək. Bununla bağlı olaraq qanunvericiliyə əlavələr olunacaq: "Bu xidməti əksər işəgötürənlər yaratmır, amma buna görə hər hansı bir cərimə onlara tətbiq edilmir. Lakin qanunvericilikdə hansısa norma varsa və bu normanı kimsə yerinə yetirmirsə, buna görə məsuliyyət daşımalıdır. Məsuliyyətin maddi tərəfi, ölçüsü olmalıdır. Ona görə də biz nəzərdə tutmuşuq ki, bunun üçün həmin xidmətləri yaratmayan işəgötürən vəzifəli şəxslərə böyük məbləğdə cərimələr tətbiq edilsin".
Səlim Müslümov tətbiq ediləcək cərimələrin məbləği ilə bağlı da məlumat verdi. Bildirdi ki, ilkin olaraq cərimə məbləği – 1000- 2000 manat təşkil edəcək. Əməyin mühafizəsinə nəzarət edəcək bölmə işəgötürənlərin xərclərini azaldacaq: "İlkin olaraq 1000, 2000 manata qədər cərimələrin tətbiq olunması nəzərdə tutulur. Bu haqda müvafiq təkliflər hazırdır və hökumətə təqdim ediləcək. Təklifdə əməyin mühafizəsi xidməti anlayışı öz əksini tapıb. Əmək məcəlləsində əməyin mühafizəsi anlayışı, mühafizənin tətbiqi üçün tədbirlərin görülməsi, 50 nəfərə qədər və 50 nəfərdən çox işçisi olan müəsisələrlə bağlı görüləcək işlər yer alıb. Əməyin mühafizəsi üzrə bölmənin işçiləri hər bir işəgötürənin iş yerində əməyin mühafizəsinin yerinə yetirilib yetirilməməsinə daim nəzarət etməlidir. Bu işəgötürənin gələcək xərclərini azaldacaq. Eyni zamanda hər bir işçinin iş bitdikdən sonra öz evinə sağlam getməsi işəgötürənin üzərinə düşən məsul vəzifələrdən biridir. Əməyin mühafizəsini hər bir işəgötürən hiss etməlidir və təmin etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB