Veteranların müavinəti məsələsi MM-də

Veteranların müavinəti məsələsi MM-də

Milli Məclisinn bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi veteranlarının hər ay aldıqları 45 manat müavinətin pensiyaya çıxdıqları zaman azalaraq 10 manata düşməsi ilə bağlı məsələni qaldırıb.

Millət vəkili deyib: "Onlar bildiriblər ki, "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsinə görə, 10% məbləğində imtiyaz nəzərdə tutulur ki, bu da 10 manat edir. Onlar da bu məsələdən çıxış yolunu "Əmək pensiyası haqqında" qanunda verilən imtiyazı artırmaqda, yəni 45 manatı ala bilmək üçün 45% artım göstərilməsində görürlər".

Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları pensiya yaşına çıxdıqları zaman sağlamlıqlarında, səhhətlərində problemlərin artdığını və daha çox vəsaitə ehtiyacları olduqlarını bildirərək parlamenti və hökuməti bu məsələni həll etməyə çağırırlar.

Ölkə prezidenti İlham Əliyevin hər zaman Qarabağ müharibəsi veteranlarına böyük diqqət göstərdiyini deyən millət vəkili bildirib ki, onlar bu məsələnin həll olunacağına inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə