Bilik Fondunun icraçı direktoru Belarusa ezam olunub

Bilik Fondunun icraçı direktoru Belarusa ezam olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Belarus Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi sahəsində monitorinq aparmaq üçün Belarus Respublikasına ezam olunub. Fonmdun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, icraçı direktor monitorinq zamanı tələbələrlə bir sıra görüşlər keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində bu fənn artıq bir sıra yerli və xarici universitetlərdə tədris edilir.

Layihənin davamlılığını təmin etmək, tədrisin keyfiyyətinə fəal nəzarət mexanizmini qurmaq, müəllimlərin fərdi öhdəliklərini yoxlamaq məqsədi ilə Mərkəzin müəyyən etdiyi şəxslər monitorinq prosesinə cəlb olunur. Artıq bir neçə universitetdə monitorinqlərə başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə