Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan elmi praktiki konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən geniş bəhs ediblər. Bildirilib ki, yorulmaz fəaliyyəti ilə daim insanların sağlamlığının keşiyində dayanan, ictimaiyyətin hörmət və məhəbbətini qazanan Zərifə xanım əsl şəxsiyyət olub. Akademik oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti yeni nəsil həkimlərin yetişməsində mühüm rol oynayıb.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB