Milli Məclisin bu gün keçirilən plenar iclasında səlahiyyət müddəti başa çatan Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun yenidən bu vəzifəyə təyin olunması məsələsinə baxılıb. SİA-nın məlumatına görə, Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə yenidən bu vəzifəyə təyin olunması təklifini dəstəkləyib.
Yenidən bu vəzifəyə təyin olunan baş prokuror Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi etimada görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB