Moskvada "Birgə qazanlmış Böyük Qələbə" adlı Beynəlxalq Forum Əbədi Məşəl önünə gül dəstələrinin qoyulması ilə başlayıb. SİA-nın verdiyi məlumata görə, genişmiqyaslı tədbirə 16 ölkədən 500-ə yaxın nümayəndə qatılıb.
Tədbirin baş qəhrəmanları, təbii ki, qalib əsgərlər, Böyük Vətən müharibəsinin veteranlarıdır. Forum Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyində keçirilir.
Plenar iclasda Rusiya Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov çıxış edərək prezident Vladimir Putinin məktubunu oxuyub.
Tədbir hazırda davam edir.
Qələbə Günü ilə bağlı keçirilən tədbirin proqramına uyğun olaraq, Böyük Vətən Müharibəsinin iştirakçısı, "Qələbə" Təşkilat Komitəsinin sədri, admiral Aleksey Sorokin, Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi, MDB dövlətlərarası humanitar əlaqələr fondunun həmsədri Mixail Şvıdkoy, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və başqaları tədbirdə çıxış edəcəklər.
Sonra tədbir bölmələr üzrə davam etdiriləcək.





.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB