Ağabəy Əsgərov: “Böyük Qələbə xalqları birləşdirir”

Ağabəy Əsgərov: “Böyük Qələbə xalqları birləşdirir”

Moskvada səfərdə olan Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov "Вестник Кавказа"nın studiyasında olub. SİA-nın verdiyi məlumata görə, A.Əsgərov canlı efirdə müsahibəsi zamanı həm Azərbaycan hakimiyyətinin, həm də xalqının Böyük Qələbəyə olan münasibəti, eyni zamanda Rusiya-Azərbaycan münasibətləri, nəşriyyat sahəsində əməkdaşlıq və iki ölkə arasında əlaqələr haqqında geniş məlumat verib.

Ağabəy Əsgərov qeyd edib ki, Böyük Vətən Müharibəsində əldə edilmiş Qələbə Azərbaycan üçün də milli bayram sayılır: "Qələbə Günü Azərbaycanda da rəsmi olaraq bayram və qeyri iş günü sayılır. Lakin Qələbə günü bizdə nəinki rəsmi, həm də ictimai səviyyədə qeyd olunur. Azərbaycan xalqı müharibə veteranlarına həmişə böyük diqqət və qayğı ilə yanaşıblar və yanaşmaqda davam edirlər, cünki demək olar ki, ölkəmizdə elə bir ailə yoxdur ki, onun bir nümayəndəsi Böyük Vətən Müharibəsində iştrak etməsin".

"Azərbaycan" Nəşriyyatının baş direktoru Qərb ölkələri ilə Azərbaycanın Qələbədə payını müqayisə edərək bildirib ki, 1941 ildə Böyük Vətən Müharibəsi başlayan zaman Azərbaycan əhalisinin sayı cəmi 3,4 milliyon nəfər idi. "Onların 650 mini cəbhəyə gedib və təxminən 300 mini geri qayıtmayıb. Əlbəttə, insan itkisi ağırdır, amma obyektiv yanaşsaq, nəhəng dövlət olan ABŞ-ın bu müharibədə 220 min insan itkisi olduğu halda, Azərbaycanın itkisi 300 mindən coxdur. İndi gəlin görək, kim faşizm üzərində qələbəyə böyük töhfə verib?", - deyə Ağabəy Əsgərov tamaşaçını düşunməyə vadar edib.

"Mən hələ cəbhəyə göndərilən yanacağının 80%-nin Bakı tərəfindən təchiz edildiyindən danışmıram. Deməli, hər on tank və təyyarədən səkkizi Bakı yanacağından istifadə edirdi. Ona görə də, bəzi Qərb ölkələri Qələbədəki paylarını şişirdəndə, bu, həm ruslarda, həm azərbaycanlılarda, həm də digər kecmiş SSRİ respublikalarında haqlı narazılıq yaradır",- deyə o qeyd edib.

"Əmilərim və digər qohumların müharibədə döyüşüb və hamısı Qələbəyə öz töhvələrini veriblər. Mənim dayım 20 yaşında müharibədə qəhrəmancasına həlak olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb", - deyə "Azərbaycan" nəşriyyatının direktoru bildirib.

O, əlavə edib ki, Böyük Qələbə ölkədə hökumət və müxalifət medialarını birləşdirir: "Azərbaycanda qəzet və jurnallar, digər media resursları siyasi mövqelərindən asılı olmayaraq 9 may Qələbə Günündə, faşizm üzərində qazanılmış qələbə bir olur, heç bir fikir ayrılıqları olmur. Bu aydındır, çünki onların ataları və babaları Böyük Vətən Müharibəsinin iştirakcısı olublar və hamısında kimisə evə qayıdıb, kimisə ölüb".

Bu gün postsovet məkanında Böyük Vətən Müharibəsinin nəticələrinə həm siyasətçilərin, həm də sadə vətəndaşların münasibəti eynidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov xüsusi olaraq vurğulayıb ki, bu münasibət keçmiş Sovet respublikalarında yaşayan xalqların birləşməsi üçün stimul sayila bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə