Avropa Oyunlarına “twitter” dəstəyi

Avropa Oyunlarına “twitter” dəstəyi

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində "twitter" sosial şəbəkəsində "creatweet" kampaniyayasına start verir. SİA-nın məlumatına görə, çreatweet – ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının "Bakı 2015" 1-ci Avropa Oyunlarına onlayn dəstək kampaniyasıdır. Kampaniya çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən "Bakı 2015" 1-ci Avropa Oyunlarını dəstəkləyən #haştaqlar yaradılacaq və "tweet"-lər paylaşılacaq. Günün trendi olan, yüksək maraq doğuran "tweet"lər yazan iştirakçılar dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Kampaniya çərçivəsində 1-ci yerin qalibi "Bakı 2015" 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və 600 AZN pul mükafatı, 2-ci yerin qalibi "Bakı 2015" 1-ci Avropa Oyunlarının açılış mərasiminə bilet və 400 AZN pul mükafatı, 3-cü yerin qalibi isə "Bakı 2015" 1-ci Avropa Oyunlarının hədiyyə paketi və 300 AZN pul mükafatı əldə edəcək.

Kampaniyada iştirak onlayn qeydiyyat vasitəsi ilə həyata keçirilir. Son qeydiyyat tarixi 8 May 2015-ci il tarixidir. Kampaniya haqqında ətraflı məlumatı və qeydiyyat formasını www.creatweet.nayora.az ünvanından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə