Rufiz Qonaqov: “Avropa Oyunları bayram əhval-ruhiyyəsi ilə keçiriləcək” AÇIQLAMA - SƏS TV

Rufiz Qonaqov: “Avropa Oyunları bayram əhval-ruhiyyəsi ilə keçiriləcək” AÇIQLAMA - SƏS TV

"Koalisiya Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qarşı yönəlmiş hər hansı addımlara görə faktlar və arqumentlərlə cavab verəcək". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, koalisiyanın fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayacaq: "Bununla bağlı konkret proqram var və o proqram üzrə müxtəlif beynəlxalq strukturların, beynəlxalq təşkilatların yerləşdiyi iri şəhərlərdə Azərbaycandakı mövcud vəziyyətlə bağlı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması ilə bağlı müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulur. Sözsüz ki, bu istiqamətdə də bizim addımlarımız olacaq. Azərbaycanla bağlı istər xaricdən, istərsə də daxildən olsun aparılan "qara piyar" kampaniyası, Avropa Oyunlarına qarşı yönəlmiş hər hansı bir addımlar və çağırışlara koalisiya konkret faktlarla, arqumentlərlə tutarlı cavab verəcək. Çünkü ölkəmizdə bununla bağlı kifayət qədər işlər görülüb, qısa zamanda Azərbaycanın hər bir vətəndaşı qürur hissi keçirəcək ki, ölkəmiz ən qısa zamanda beynəlxalq, mötəbər tədbirə hazırdır".

Sədr onu da əlavə edib ki, Avropa Olimpiya Komitəsinin qərarı əsasında I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox böyük tarixi hadisədir: "Mən düşünürəm ki, ölkəmiz həmin ərəfələrdə çox gözəl bayram əhval-ruhiyyəsi ilə Avropa Oyunlarını keçirəcək. Azərbaycanda erməni diasporunun himayəsi altında fəaliyyət göstərən müəyyən təşkilatların bizə qarşı yönəlik addımları, Avropa Oyunlarına qarşı olan addımlar heç bir nəticə verməyəcək. Biz bununla bağlı növbəti toplantılarımızda da qəti fikirlərimizi bildirəcəyik və real addımlar atacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə