Pambıq səpininə start verilib FOTO

Pambıq səpininə start verilib FOTO

Azərbaycan Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri bu il də yeni növ pambıq sortlarının əldə olunması istiqamətində səpin işlərinə başlayıb. Ötən ildən fərqli olaraq, bu il səpin işləri bir qədər gec həyata keçirilib. Buna səbəb havaların yağmurlu keçməsidir. Buna baxmayaraq Azərbaycan Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində pambıq səpini həyata keçirilir. Azərbaycan Elmi Tədqiqat İnstitutunun direktoru Həsənəli Aslanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, əsas məqsəd yeni növ pambıq sortlarını əldə etməkdir ki, alimlər tərəfində də bu istiqamətdə işlər davam etdirilir. Hədəf daha yüksək potensiallı pambıq sortlarının əldə olunmasıdır.

"Əsas məqsədimiz yüksək potensiallı xəstəliklərə davamlı sortlar yaratmaqdır. Gördüyünüz təcrübə sahələrində dünya kolleksiyasına daxil olan 800 -ə yaxın sort nümunələri öyrənilir. Respublikamızda bizim hazırladığımız 7 pambıq sortu yüksək keyfiyyətlə əkilməkdədir"- deyə, Aslanov sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycan Elmi Tədqiqat İnstitutunun nəzdində təxminən 25 ha ərazi var ki bu da yeni növ pambıq sortlarının sınaqdan çıxarılmasına imkan verir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə