Bu gün Nəsimi və Səbail rayonlarında su olmayacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Məlumatda bildirilib ki, Nizami küçəsi 64 ünvanında 250 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 27 aprel 2015-ci il tarixində Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.
Qeyd edək ki, bu ərazilər 24 saat fasiləsiz rejimdə su alır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB