Yeni meşə zolaqları salınacaq FOTO

Yeni meşə zolaqları salınacaq FOTO

Bu il Hacıkənd ərazisində yeni meşə zolaqları salınacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, artıq bu məqsədlə Göygöl rayon Meşə Mühafizəsi və Bərpası İdarəsi tərəfindən hazırlanan tədbirlər planı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də digər aidiyyatı qurumlara göndərilib. Üstəlik bu tədbirlər planında uzun illərdən qalan problemlərin həll edilməsi hədəf götürülüb. Təxminən ha ərazi vahidində yeni meşə zolaqları salınması nəzərdə tutulub. Bunun üçün 120 min ağacın əkilməsi planlaşdırılır.

Qeyd edək ki, Hacıkənd meşələri göyüş, palıd və qoz ağacları ilə zənginləşdiriləcək. Bundan əlavə fıstıq və digər ağac növlərinin də əkilməsi plandadır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə