Keçirilən tədbirlər I Avropa Oyunlarına dəstəyin ifadəsidir

Keçirilən tədbirlər I Avropa Oyunlarına dəstəyin ifadəsidir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir. SİA xəbər verir ki, aprel ayının 9-dan start verilən tədbirlər çərçivəsində Nizami rayonunda rəsm, şahmat, voleybol, həndbol, stoüstü tennis, güllə atıcılığı, paint-ball, karate, üzgüçülük, cüdo, ağır atletika, "Breyn-rinq" intellektual yarışlar keçirilib. Belə ki, aprel ayının 21-də "Start" İdman və Sağlamlıq Kompleksində müxtəlif yaş qruplarından olan uşaqlar arasında basketbol, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində azyaşlılar arasında taekvondo və aprelin 23-də yeniyetmə qızlar arasında bədii gimnastika birinciliyi keçirilib. Yüksək əzmkarlıqla keçən yarışların qalibləri diplom və mükafatlarla təltif ediliblər. Bundan başqa Nizami rayonunda rəsm, şahmat, voleybol, həndbol, stoüstü tennis, güllə atıcılığı, paint-ball, karate, üzgüçülük, cüdo, ağır atletika, "Breyn-rinq" intellektual yarışları keçirilib.

Qeyd edək ki, keçirilən yarışlar, məhz I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə olub. Bu cür geniş tədbirlərin keçirilməsi isə Nizami rayon ictimaiyyətinin cari ilin iyun ayında keçiriləcək I Avropa Oyunlarına dəstəyinin ifadəsi olub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə