24 apreldə "Heredot kuboku" adlı intellektual yarış layihəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) elan etdiyi VI qrant müsabiqəsinə təqdim etdiyi "Heredot kuboku" adlı intellektual yarış layihəsi qalib olub.
Layihənin keçirilməsində məqsəd tələbə-gənclərin ölkə və dünya tarixi mövzusunda biliklərini yoxlamaq, onlara yeni biliklər vermək, eyni zamanda tələbələr arasında sağlam intellektual yarış mühitinin yaranmasını təmin etməkdir.
Layihə çərçivəsində müxtəlif ali təhsil müəssisələrindən olan komandalar arasında Azərbaycan və dünya tarixi mövzularında intellektual yarışlar keçirilib.
Mərasimdə qonaq qismində Prezident Administrasiyasının İctimai-siyasi məsələlə şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, AzGF-in aparat rəhbəri Faiq Qürbətov iştirak edib.
Vüsal Quliyev çıxış edərək komandalara uğurlar arzulayıb və onların Azərbaycan tarixinin daha güclü təbliğatına və tarix elminin daha dərindən öyrənilməsinə çağırıb.
Sonda qalib komandalar qiymətli hədiyyələr, diplom və kubokla mükafatlandırılblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB