Bu gün Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət etdiyi əksər mərkəzi küçələrdə tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən məlumata görə, hazırda Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti (şəhər istiqamətində, əsas yol), Azadlıq prospekti, Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətində), habelə Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) tıxac müşahidə olunur.
Eyni zamanda, nəqliyyat vasitələrinin Neftçilər prospekti (Qız Qalasının qarşısı), Niyazi küçəsi, Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) və Həsən Əliyev küçəsi (TQDK-nın qarşısı) ilə hərəkətində sıxlıq yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB