“Google”nin məşhur meneceri həlak olub

“Google”nin məşhur meneceri həlak olub

Nepalda zəlzələdə həlak olanlar arasında "Google"nin meneceri Daniel Fredinburq da var. Xarici KİV-lər xəbər verir ki, o, güclü zəlzələdən sonra Everest zirvəsində baş verən qar uçqunu nəticəsində həlak olan 18 alpinistdən biridir.

Bu barədə menecerin bacisi özünün "İnstaqram" səhifəsində də yazıb. Onun sözlərinə görə Daniel Fredinburq başından güclü zədə alıb.

Qeyd edək ki, Daniel Fredinburq "Google"nin informasiya təhlükəsizliyi şöbəsinə rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə