Çanaqqalada qeyri-adi televiziya qülləsi inşa olunub

Çanaqqalada qeyri-adi televiziya qülləsi inşa olunub

"Powerhouse Company" arxitektura şirkəti Türkiyənin Çanaqqala şəhərində qeyri-adi bir televiziya və radio qülləsinin inşasını həyata keçirib. Maraqlıdır ki, memar və inşaatçılar qüllənin tikintisini türk və dünya tarixinə ən qanlı döyüşlərdən biri kimi düşmüş məşhur Çanaqqala döyüşünün 100 illik yubileyi ərəfəsində başa çatdırıblar.

Əyilmiş lenti xatırladan qüllə şəhərin görməli yerlərindən birinə, həm də sakinlərin istirahət mərkəzinə çevrilib.

Meşə ilə tam əhatə olunan televiziya qülləsindən şəhərə gözəl və əsrarəngiz bir mənzərə açılır.

Ziyarətçilər burada salınmış parkda gəzə və sərgilərlə tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə