Fonddan yeni layihə FOTO

Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" layihəsini həyata keçirir. Fonddan SİA-ya verilən xəbərə görə, layihənin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli açıb. S. Tahirli ötən illərdəki monitorinqin nəticələri barədə məlumat verib. Otən illər reklamlarda, elanlarda, internet saytlarında və s.də rast gəlinən qayda pozuntuları ilə tədbir iştirakçılarıni tanış edib. Qeyd edilib ki, bu il monitorinqin 3-cü mərhələsidir. Bu mərhələdə 3 TV və 3 radio kanalının monitorinqinin keçirilməsi nəzərdə tutulub. Tədbirdə MQF prezidenti Rauf Zeyni və digər QHT təmsilçililəri, BDU-nun professor muəllim və tələbə heyəti, ADPU-nun tələbələri, muxtəlif peşə sahibləri və mətbuat nümayəndələri iştirak ediblər. Aparılan müzakirələrdə iştirakçılar tərəfindən layihə üçün əhəmiyyətli ola biləcək təkliflər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə