Avstraliyadakı Azərbaycan və Türkiyə diasporlarının işitirakı ilə qondarma "erməni soyqırımı"nın 100 illiyini ilə əlaqədar etriaz yürüş-mitinqi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı tədbir yerli erməni icmasının Türkiyə baş konsuluğu önündə keçirdiyi "Türkiyənin erməni soyqırımını danmasının 100 illiyi" adlı aksiya ilə paralel olaraq "Erməni yalanlarına dur de!" şuarı ilə keçirilib.
Yürüşdə "Genosid yalanları", "Onlar özləri ilə nifrət gətirdilər: Avstraliyada ilk siyasi terror 1980-cı ildə türk diplomatın öldürülməsi oldu", "1970-1980-ci illərdə 40 türk diplomatını qətlə yetirdilər" kimi şuarlar səsləndirilib. Avstraliya Türkiyə Alyansının təşkil etdiyi tədbirdə türklərlə bir sırada Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov, cəmiyyətin üzvüləri və bu ölkədə təhsil alan tələblərimiz də işitrak edib.
Qeyd edək ki, Ermənistan prezidentinin dəvətinə baxmayaraq, Avstraliya höküməti İrəvanda qondarma "erməni soyqırımı"nın 100 illiyi keçirilən tədbirlərə nümayəndə göndərməyib. Avstraliya baş naziri Toni Abbott isə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə keçirilən mərasimlərə qatılmaq üçün Türkiyəyə səfərə gedib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB