1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubeliyi ilə bağlı Lənkəranda Həzi Aslanovun ev muzeyi tərəfindən silsilə tədbirlər keçirilir. Belə ki, aprel ayının 14-dən başlayaraq bu əlamətdar hadisəyə həsr olunmuş səyyari sərgilər təşkil edilir və mühazirələr oxunur. SİA-nın Cənub bürosunun məlumatına görə, 14-24 aprel tarixlərində rayonun Hirkan qəsəbə, Cirdəni, Parakənd, Vilvan kənd tam orta məktəblərində və şəhər 8 saylı tam orta məktəbində muzeyin əməkdaşları tərəfindən səyyari sərgilər təşkil olunub, "Ölməz sərkərdənin döyüş yolu", "Vətən müharibəsində Azərbaycanın rolu" mövzularında mühazirələr oxunub. Eyni zamanda paralel olaraq muzeydə də qələbənin 70 illiyi ilə bağlı tədbirlər keçirilib.
Bu səpkidə tədbirlər növbəti həftələrdə də davam etdiriləcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB